Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb

SİYASƏT

183

22.01.2025, 21:31

Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb.

Bu barədə “Tasnim” məlumat yayıb.

Bu gün Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasına yekun vurulub.

Birgə İqtisadi Komissiyasının həmsədrləri — Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında adıçəkilən komissiyanın 16-cı iclasının Protokolu imzalanıb.

İki ölkə arasında nəqliyyat, enerji, neft-qaz, su və kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra mühüm razılaşmalar əldə olunub.

Eyni zamanda, tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün preferensial ticarət müqaviləsinin mümkün qədər tez imzalanması barədə razılığa gəlinib.